Çexiyada daşqınlar səbəbindən ən yüksək təhlükə elan edildi
Çexiyanın şimal-şərqində - Moraviya-Sileziya və Olomoutsk bölgələrində çayların daşması təhlükəsi ilə bağlı ən yüksək təhlükə səviyyəsi elan edilib.
TodayPress xəbər
verir ki, bu barədə "CTK" agentliyi məlumat yayıb.
Təhlükənin ən yüksək
səviyyəsinin elan edilməsi hakimiyyət orqanlarına fəlakətlə üzləşmə ehtimalı
yüksək olan sakinləri mümkün qədər tez təxliyə etməyə imkan verəcək.
Təxliyə bir neçə min insana təsir edə bilər.
Bəzi vətəndaşlar təxliyə əmrini gözləmədən artıq evlərini tərk ediblər.
tag: Çexiya,Daşqın, Fövqəladə, Təxliyə,todaypress.az,