Çexiya Ukraynaya silah-sursat tədarükü üçün pul axtarışındadır
Dünya
22.07.2024 14:11
“Çexiya Ukraynanı silah-sursatla təmin etmək təşəbbüsünü 2025-ci ilə qədər uzatmaq üçün maliyyə tapmağa çalışır. İyul və avqust aylarında Praqa Kiyevə 100 min döyüş sursatı ötürəcək, sentyabrdan isə tədarük prosesi sürətləndiriləcək”.
TodayPress, “TASS”a istinadən xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski məlumat yayıb.
Çexiya prezidenti Petr Pavelin sözlərinə görə, əgər indi Praqa ayda təxminən 50 min sursat tədarük edirsə, sentyabrdan ilin sonunadək aylıq tədarükün həcmi 80-100 minə qədər artacaq.
Töhfə Səməd
tag: Çexiya, Ukrayna,Silah-Sursat, Petr Pavel,todaypress.az,