Çexiya Ukraynadakı döyüşlərdə dönüş gözləmir

Dünya

26.08.2024 13:31

Çexiya Ukrayna münaqişəsində əsaslı dəyişiklik gözləmir. 

TodayPress “CTK” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala bildirib.  

“Biz döyüş meydanında ciddi dəyişiklik gözləmirik. İndi münaqişədə əsaslı dönüş nöqtəsini gözləyə bilmərik” deyə Fiala qeyd edib.

Onun sözlərinə görə, Kiyevin Avro-Atlantik strukturlara qoşulması Çexiyanın maraqlarına uyğun olduğundan, Praqa Ukraynaya hərtərəfli yardım göstərməyə davam edəcək.

Günəş  Mərd

tag: Ukrayna, Çexiya,Kiyev,Petr Fiala,Praqa, todaypress.az,