Çexiya Ukraynada sursat istehsalı zavodu tikəcək
Dünya
16.07.2024 18:00
Çexiya Ukraynada avtomat və sursat istehsalı üzrə müəssisə tikəcək.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala Praqada iki ölkə hökumətlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
“Çexiyanın “SELLIER & BELLOT” şirkətinin nümayəndələri bu gün ukraynalı həmkarları ilə Ukraynada avtomat və sursat istehsalı müəssisəsinin yaradılması haqqında müqavilə imzalayıblar” deyə o bildirib.
tag: Çexiya, Ukrayna, Silah, Zavod, Müqavilə, todaypress.az,