Çexiya Rusiya neftinin nəqlinin dayandırıldığını elan etdi
Çexiyanın sənaye və ticarət naziri Lukas Vlçek bildirib ki, ölkə naməlum səbəblərdən “Drujba” kəməri ilə neft qəbulunu dayandırıb.
TodayPress xəbər verir ki, bu barədə “Novinky” xəbər portalı məlumat yayıb.
Rəsminin sözlərinə görə, Çexiya hakimiyyəti mövcud vəziyyətlə əlaqədar bütün mühüm aktorlarla əlaqə saxlayır.
Eyni zamanda, “Transneft” Rusiya ərazisi daxilində neft kəməri ilə tədarükün adi qaydada həyata keçirildiyini bildirib.
Töhfə Səməd
tag: Rusiya,Çexiya, Ticarət, Sənaye, todaypress.az,