Çexiya Rusiya neftindən imtina etdi

Dünya

15.01.2025 11:11

Çexiya Rusiyadan yanacaq tədarükü dayandırılacağı təqdirdə "TAL" transalp kəmərinin qərb marşrutu və ona qoşulan "IKL" kəməri ilə neft tədarükünə tam formada keçməyə hazırdır. 

TodayPress xəbər verir ki, bu barədə ölkənin baş naziri Petr Fiala məlumat verib.

Siyasətçinin fikrincə, "TAL"ın imkanlarının artırılması Çexiyanı əlavə olaraq dörd milyon ton neftlə təmin edəcək. Nəticədə ölkə ildə səkkiz milyon tona qədər karbohidrogen idxal edə və öz tələbatını tam ödəyə biləcək.

Töhfə Səməd

tag: Çexiya, Rusiya ,Neft ,İmtina ,todaypress.az,