Çexiya ilə Polşa arasında dəmir yolu əlaqəsi kəsildi

Dünya

15.09.2024 15:51

Çexiyada daşqın səbəbindən  Moraviya-Sileziya bölgəsində dəmir yolunda hərəkət tamamilə iflic olub.   

TodayPress xəbər verir ki, bu barədə Çexiyanın “ČTK” agentliyi məlumat yayıb. 

Bildirilib ki, regionun inzibati mərkəzi Ostrava şəhərində, eləcə də  Bohumin şəhərində D1 magistral yolu nəqliyyatın hərəkəti üçün bağlanıb.   

Qeyd edək ki, sentyabrın 12-dən Çexiyanın cənubunda davam edən uzun sürən yağışlar nəticəsində daşqınlar baş verib. Güclü yağıntılar çaylarda suyun səviyyəsinin artmasına səbəb olub. Sentyabrın 15-i səhər saatlarına olan məlumata görə, pis hava şəraiti səbəbindən 260 minə yaxın evdə elektrik enerjisi kəsilib, xüsusi xidmət orqanları 1,9 minə yaxın sakini təxliyə edib. 

Günəş Mərd   

tag: Çexiya,Polşa,Daşqın,Dəmir yolu,Todaypress.az,