Çexiya Ermənistanın Aİ-yə inteqrasiyasını dəstəklədi

Dünya

18.10.2024 18:20

3033

Ermənistan parlamentinin spikeri Alen Simonyan Çexiyaya rəsmi səfəri çərçivəsində Çexiya Parlamenti Senatının sədri Miloş Vistarçil ilə görüşüb. 

TodayPress xəbər verir ki, bu barədə “RANA” məlumat yayıb.

Senatın sədri qeyd edib ki, xüsusilə Ermənistanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmağa hazır olduğunu bəyan etdikdən sonra Çexiya üçün Ermənistanla münasibətləri dərinləşdirmək vacibdir. 

Simonyan öz növbəsində Çexiya tərəfinə Ermənistan-Aİ yaxınlaşması prosesinə töhfə vermək istəyinə və bu məsələdə müsbət münasibətinə görə təşəkkür edib. O, həmçinin regiondakı mövcud vəziyyətə, Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı məsələlərə, Azərbaycanda saxlanılan erməni separatçılarının repatriasiyasına da toxunub.

Töhfə Səməd

tag: Ermənistan, Çexiya,Miloş Vistarçil ,Alen Simonyan, todaypress.az,