Cevdet Yılmaz: "Türkiyə Suriyanın bərpasında iştirak edəcək"
Dünya
05.01.2025 14:05
Türkiyə Suriyanın bərpası prosesində iştirak edəcək.
TodayPress Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.
Onun sözlərinə görə Ankara prosesə müdaxilə edəcək:
“Yeni dövrdə Suriya yenidən qurulacaq, infrastruktur, turizm, ticarət kimi sahələr yenidən qurulacaq. Biz bu prosesə töhfə verəcəyik”.
C.Yılmaz, həmçinin Qərb dünyasını Bəşər Əsəd rejiminə qarşı vaxtı ilə tətbiq etdiyi sanksiyaları aradan qaldırmağa çağırıb:
“İndi yeni Suriya, yeni mühit var. Odur ki, sanksiyaların ən qısa zamanda aradan qaldırılmasını arzulayıram”.
O, bəyan edib ki, Suriyaya qarşı məhdudiyyətlərin aradan qaldırılması bu ölkənin bərpasına töhfə verəcək.
tag: Türkiyə,Suriya,Cevdet Yılmaz,Sanksiya,Todaypress.az,