Çepa Ukrayna ilə əsir mübadiləsinin vacibliyindən danışdı
“Rusiya hərbçilərinin Ukrayna əsirliyindən vətənə qayıtması üçün bütün səyləri göstərmək lazımdır”.
TodayPress xəbər verir ki, bunu “Lenta.ru”ya verdiyi müsahibədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.
“Hərbi əsirlərin dəyişdirilməsi həmişə düzgün addım sayılıb. Biz çalışmalıyıq ki, mübadilə mümkün qədər tez baş versin və mümkün qədər çox insan öz vətəninə qayıtsın” deyə deputat bildirib.
Töhfə Səməd
tag: Rusiya, Ukrayna ,Əsirlik, Aleksey Çepa, Hərbçilər ,todaypress.az,