Cənubi Koreyanın seçimi "SpaceX" oldu
Dünya
20.08.2024 16:55
Cənubi Koreyanın aerokosmik agentliyi 2027-ci ilin ikinci yarısında "GEO-Kompsat-3" çox missiyalı geostasionar rabitə peykinin buraxılması üçün ABŞ-nin "SpaceX" şirkətinin "Falcon 9" raketini seçib.
TodayPress xəbər verir ki, bu barədə "Space News" məlumat yayıb.
3,7 ton ağırlığında olan peyk Koreya Aerokosmik Tədqiqatlar İnstitutu və Koreya Elektron və Telekommunikasiya Tədqiqat İnstitutu tərəfindən 2010-cu ildə Fransız Qvianasındakı Kuroudan "Avropa Ariane 5" raketi ilə buraxılmış "GEO-Kompsat" kosmik gəmisini əvəz etmək üçün hazırlanıb.
Qeyd edək ki, "GEO-Kompsat-3"ün hazırlanmasına 2021-ci ildə başlanılıb. Qurğu 309 milyon dollara başa gəlib.
Günəş Mərd