Cənubi Koreyanın prezidenti vaxtından əvvəl istefa verir
Dünya
08.12.2024 08:31
Cənubi Koreyanın hakim “Vətəndaş Gücü
Partiyası”nın lideri Han Donq Hun bildirib ki, o və baş nazir Han Dok Su
prezident Yun Sok Yolun vaxtından əvvəl və nizamlı şəkildə hakimiyyətdən
getməsi ilə əlaqədar xaosu minimuma endirəcək.
TodayPress xəbər verir ki, bu barədə “Yonhap”
agentliyi məlumat yayıb.
“Prezidentin vaxtından əvvəl vəzifədən getməsi ilə xalqa
və ölkəyə təsir edə biləcək xaosu minimuma endirəcək, siyasi vəziyyəti
sabitləşdirəcək və demokratiyanı bərpa edəcəyik. Vətəndaşların fikrincə,
prezident Yun Sok Yol səlahiyyət müddətinin qalan hissəsində ölkəni lazımi
qaydada idarə edə bilməyəcək və istefa verməlidir” deyə o bildirib.
Partiya rəhbəri əlavə edib ki, prezident dövlət
işlərində, o cümlədən beynəlxalq münasibətlərdə iştirak etməyəcək.
Cənubi Koreyanın aparıcı müxalifət qüvvəsi olan “Toburo”
partiyası hesab edir ki, hakim düşərgənin prezidenti könüllü olaraq hökumət
işlərindən kənarlaşdırmaq planı konstitusiyaya ziddir.
“Toburo” partiyasının nümayəndəsi Kim Min Sik deyib ki,
prezidentin səlahiyyətlərinin dayandırılması prosedurunu yalnız konstitusiya
müəyyən edir: “Bundan başqa hər şey konstitusiyanın pozulması, üsyanın
davamıdır. Baş nazirin və iqtidar partiyasının liderinin konstitusiyaya zidd
idarəsi qəbul edilməyəcək. Bundan əlavə, prezidenti üsyan yolu ilə dövlətə
xəyanətdə şübhəli bilinərək həbs etmək və onu ali baş komandan statusundan
məhrum etmək lazımdır”.
tag: Koreya, Prezident, İstefa, Yun Sok Yolə,Müxalifət, todaypress.az,