Cənubi Koreyanın Nazilər Kabineti istefaya getmək istəyir

Dünya

04.12.2024 11:32

Cənubi Koreya Respublikası Nazirlər Kabinetinin bütün üzvləri hərbi vəziyyətin tətbiqindən və ləğvindən sonra Baş nazirə istefa vermək istədiklərini bildiriblər.  

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Baş nazirin ofisi bildirib ki, bu gün keçiriləcək iclasdan sonra yekun qərar veriləcək.    

Qeyd edək ki, dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Seok-yeol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. Təxminən 6 saat sonra Koreya hökuməti hərbi vəziyyəti ləğv edib.   

Günəş Mərd

tag: Cənubi Koreya, Hərbi, Vəziyyət,Qərar, todaypress.az,