Cənubi Koreyanın müvəqqəti prezidenti dindirildi

Dünya

20.12.2024 09:23

Polis Cənubi Koreyanın prezidenti səlahiyyətlərini icra edən Han Deok Sunu dekabrın əvvəlində hərbi vəziyyətin tətbiqi ilə bağlı üsyana görə sorğu-sual edib.

TodayPress xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

“Han, polisin bildirdiyinə görə, Yun Sok Yolun  (Cənubi Koreyanın müvəqqəti olaraq fəaliyyətini dayandırmış prezidenti ) hərbi vəziyyət elan etməzdən əvvəl keçirdiyi kabinet iclasında iştirakları ilə əlaqədar dindirilən doqquz nəfərdən biri olub” qəzet yazıb. 

Qeyd olunub ki, o, şübhəli şəxs qismində dindirilib. 

Xatırladaq ki, dekabrın 14-də Cənubi Koreya parlamenti prezident Yun Sok Yolun impiçmentini dəstəkləyib. Baş nazir Han Deok Su ölkə prezidentinin səlahiyyətlərini icra edən şəxs seçilib.  

Günəş Mərd

tag: Koreya, Parlament, Hərbi, Vəziyyət, todaypress.az,