Cənubi Koreyanın keçmiş prezidentinin həbsinə order verildi
Dünya
30.12.2024 12:10
Сənubi Koreya məhkəməsi impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılan prezident Yun Sok Yolun həbsinə order verib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Bildirilib ki, bu, ilk belə hadisə kimi ölkə tarixinə düşüb.
Həbs sanksiyası keçmiş prezidentin dəfələrlə korrupsiya faktları üzrə qaldırılan cinayət işində istintaqın çağırışına gəlməkdən boyun qaçırması ilə əsaslandırılıb.
tag: Сənubi Koreya,Məhkəmə,İmpiçment,Həbs,Yun Sok Yol,todaypress.az,