Cənubi Koreyanın hakim partiyasının lideri istefa verdi

Dünya

16.12.2024 09:36

Cənubi Koreyanın hakim partiyasının lideri Han Donq Hun istefa verib. 

TodayPress xəbər verir ki, bu barədə "Yonhap" agentliyi yazıb.

“Mən partiyanın nümayəndəsi kimi istefa verdim. Bu ölkə üçün impiçmentdən başqa daha yaxşı yol tapmaq üçün əlimdən gələni etdim, amma sonda bacarmadım. Bütün günah mənimdir. Çox üzr istəyirəm” deyə partiya lideri mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, Ali Şura üzvünün istefası ilə Ali Komitə dağıldığı üçün o, artıq Xalq Gücü Partiyasına rəhbərlik edə bilmir. 

Han hərbi vəziyyətdən əziyyət çəkənlərdən üzr istədi.

Agentlik əlavə edib ki, onun istefası iyulun 23-də keçirilən qurultayda partiya lideri seçildikdən 146 gün sonraya təsadüf edir.

Qeyd edək ki dekabrın 14-də Cənubi Koreya parlamenti ölkə prezidenti Yun Sok Yolun impiçmentini dəstəkləyib. 204 deputat prezidentin vəzifəsindən kənarlaşdırılmasının lehinə, 85 deputat isə əleyhinə səs verib. 

Günəş Mərd

tag: Koreya ,Partiya ,Qurultay ,Vəzifə, todaypress.az,