Cənubi Koreyanın bunkerləri məhv edə bilən yeni raket kompleksi
Cənubi Koreya ordusu yeraltı bunkerləri məhv etmək üçün nəzərdə tutulmuş yeni taktiki ballistik raketi arsenalına qəbul edib.
TodayPress xəbər verir ki, bu barədə "Yonhap agentliyi" Cənubi Koreyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Yeni raket 180 kilometr uçuş məsafəsini qət etmək qabiliyyətinə malikdir.
O, yeraltı tunellərdə yerləşən uzaqmənzilli artilleriya sistemlərinə dəqiq zərbələr endirə bilir. Cənubi Koreya hərbçilərinin fikrincə, yeni silah münaqişə zamanı bütün paytaxt regionu üçün təhlükə yaradan Şimali Koreya artilleriyasını tez bir zamanda sıradan çıxarmağa imkan verəcək.
Nicat Osman
tag: Cənubi Koreya,Ballistik,Raket,Artilleriya,Bunker,Todaypress.az,