Cənubi Koreyanın Baş Qərargah rəisi istefa verdi

Dünya

05.12.2024 13:32

1710

Koreya Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargah rəisi Pak An Su istefa verməyə hazır olduğunu açıqlayıb. 

TodayPress xəbər verir ki, bu barədə “YTN” məlumat yayıb.    

“Müdafiə naziri Kim Yonq-hyuna istefa verməyə hazır olduğum barədə məlumat verdim” deyə o bildirib. 

Qeyd edək ki, bundan bir gün öncə Cənubi Koreyanın müdafiə naziri Kim Yon Hyon istefa verib.  

Günəş Mərd

tag: Müdafiə naziri, Quru Qoşunları ,Koreya ,Kİm Yon Hyon ,todaypress.az,