Cənubi Koreyanın baş polis komissarı həbs edildi

Dünya

11.12.2024 09:37

Cənubi Koreyada Milli Polis Agentliyinin baş komissarı Ço Ji-Ho və Seul polisinin rəhbəri Kim Bong-Si üsyanda şübhəli bilinərək həbs ediliblər.

TodayPress xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

“Yüksək rütbəli polis zabitləri qanunvericilərin parlamentə daxil olmasının qarşısını almaq üçün öz tabeliyində olanlara Milli Assambleyanın ərazisini mühasirəyə almağı tapşırmaqda şübhəli bilinirlər” nəşr yazır.

Bundan əlavə, baş komissar hərbi vəziyyətlə bağlı verilən əmrləri yerinə yetirməkdə hərbçilərə kömək etmək üçün Milli Seçki Komissiyasına polis əməkdaşları göndərməkdə şübhəli bilinir.

Təqsirləndirilən şəxslər order olmadan həbs ediliblər. Nəşr qeyd edib ki, on saatlıq dindirmədən sonra onların ölkədən çıxışına qadağa qoyulub. 

Günəş Mərd

tag: Cənubi Koreya ,Polis, Komissar, Həbs, todaypress.az,