Cənubi Koreyanın baş naziri iddiham olundu
Dünya
26.12.2024 18:03
Cənubi Koreyanın baş naziri və eyni zamanda respublika prezidentinin səlahiyyətlərini icra edən Han Duk Su Cənubi Koreya müxalifəti tərəfindən ölkə konstitusiyasına əməl etməməkdə ittiham olunur.
TodayPress xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti yazıb.
Nəşr qeyd edir ki, Koreya Demokratik Partiyası baş naziri ölkə Konstitusiya Məhkəməsində vakant yerləri doldurmaq üçün üç hakim təyin etmək təzyiqinə müqavimət göstərdikdən sonra onun impiçmenti üçün qanun layihəsi təqdim edib.
“Aydın oldu ki, Baş nazir Hanın konstitusiyanı müdafiə etmək iradəsi yoxdur” deyə müxalifət fraksiyasının lideri Park Çanq Daye bildirib.
Bundan əvvəl Cənubi Koreya müxalifəti baş nazirə qarşı impiçment prosedurunun başlanmasının təxirə salınması imkanını nəzərdən keçirirdi.
"Tələblərimizin yerinə yetirilib-yetirilməyəcəyini görmək üçün səbirlə gözləməyə qərar verdik" deyə Park Çanq Daye qeyd edib.
Töhfə Səməd
tag: Cənubi Koreya, Konstitusiya, Demokratik, Partiya, todaypress.az,