Cənubi Koreyada yüzlərlə əsgər parlamentə daxil oldu

Dünya

04.12.2024 10:03

Dekabrın 3-dən 4-nə keçən gecə 280-ə yaxın əsgər hərbi vəziyyət tədbirlərini tətbiq etmək üçün Cənubi Koreya parlamentinin Seuldakı binasına daxil olub. 

TodayPress xəbər verir ki, bu barədə “News1” agentliyi məlumat yayıb.

Onların 230 və 50 nəfərlik iki qrup olduğu bildirilir. Birinci qrup helikopterlə daşınıb. Əsgərlərin silahlı olduğu bildirilib.

Dövlət başçısı Yun Sok Yolun hərbi vəziyyət elan etməsindən sonra Milli Assambleyaya girişin bağlandığı barədə məlumat yayılıb. Dəqiqləşdirilir ki, təqdim edilən müddəanın tədbirlərindən biri parlamentin fəaliyyətinə qadağa qoyulması olub.

Töhfə Səməd

tag: Cənubi Koreya, Agentlik, Seul,Fəaliyyət, todaypress.az,