Cənubi Koreyada vəziyyət gərginləşdi, 3 komandan işdən çıxarıldı

Dünya

06.12.2024 13:04

1263

Cənubi Koreya Müdafiə Nazirliyi ölkədə hərbi vəziyyət elan etmək cəhdində iştirak edən 3 komandanın səlahiyyətlərini dayandırıb.

TodayPress xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Xatırladaq ki, TodayPresTodayPresdekabrın 3-də Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. Bu qərar Şimali Koreya tərəfdarı qüvvələrinin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq məqsədi daşıyıb. Dövlət başçısı dekabrın 4-də yerli vaxtla səhər saat 4:30-da hərbi vəziyyətin ləğv olunduğunu elan edib. Hərbi vəziyyətlə əlaqədar küçələrə çıxarılmış ordu geri çəkilib.


Töhfə Səməd

tag: Cənubi Koreya ,Prezident ,Hərbi, Vəziyyət ,todaypress.az,