Cənubi Koreyada təyyarə yandı
Dünya
28.01.2025 19:45
Cənubi Koreyanın Busan şəhərindəki "Gimhae" beynəlxalq hava limanında təyyarə yanıb.
TodayPress "Reuters"ə istinadən xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı dərhal 169 sərnişin və 7 ekipaj üzvü təxliyə edilib.
Yanğın təyyarənin quyruğunda başlayıb.
Töhfə Səməd
tag: Cənubi Koreya,Busan,Gimhae,Təyyarə,Alov,todaypress.az,