Cənubi Koreyada təyyarə qəzası baş verdi, 179 nəfər öldü
Dünya
29.12.2024 09:45
Cənubi Koreyada Muan hava limanında “Boeing 737-800” təyyarəsi qəzaya uğrayıb.
TodayPress xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Təyyarədə 175 sərnişin və 6 ekipaj üzvü olub. Belə ki, Banqkokdan gələn təyyarə eniş zolağından kənara çıxıb və hasara çırpılıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, quşlarla toqquşduğu üçün təyyarənin eniş mexanizmləri işləməyib.
Hadisə nəticəsində yalnız iki nəfərin xilas olduğu bildirilir. Yanğınsöndürmə xidmətinin ilkin məlumatına əsasən, 179 nəfər həlak olub.
tag: Cənubi Koreya,Muan,Hava limanı,Boeing 737-800,todaypress.az,