Cənubi Koreyada seçki kampaniyası başladı
Cənubi Koreyada prezident seçkiləri ilə bağlı kampaniya rəsmi şəkildə başlayıb.
TodayPress xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.
Bildirilir ki, namizədlərin qeydiyyatı mayın 11-də başa çatıb, seçkilər isə iyunun 3-də keçiriləcək.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, dövlət başçısı postuna yeddi namizəd mübarizə aparacaq.
Seçkilər, Konstitusiya Məhkəməsinin hazırkı prezident Yun Sok Yolun impiçmentini təsdiqləməsindən sonra təyin olunub. Məhkəmənin qərarına əsasən, yeni prezident seçkiləri impiçmentdən sonra 60 gün ərzində keçirilməlidir.
Xatırladaq ki, dekabrın 3-də Yun Sok Yol ölkədə hərbi vəziyyət elan edib. O, bu qərarı “Şimali Koreyayönlü qüvvələrin kökünü kəsmək” və konstitusiya quruluşunu qorumaq zərurəti ilə əsaslandırıb. Lakin bu addım Seulda geniş etirazlara səbəb olubvə bir neçə saat sonra hərbi vəziyyət ləğv edilib.
Türkan İsgəndərli
tag: Koreya,Seçki,Prezident,Namizəd,todaypress.az,