Cənubi Koreyada rusiyalı turistlər ölkəyə buraxılmadı
Dünya
22.09.2024 17:26
Cənubi Koreyada
rusiyalı turistlər bərədə sıxışıb qalıblar - yerli hakimiyyət onları ölkəyə
buraxmayıb.
TodayPress xəbər verir ki, bu barədə Seuldakı diplomatik nümayəndəlikdən
“TASS”a bildirilib.
Hazırda Rusiya tərəfi
yerli hakimiyyət orqanları ilə əlaqələr qurur. Rusiya səfirliyi onlardan mövcud
vəziyyətlə bağlı izahat almağa çalışır.
“Vl.ru” portalının məlumatına
görə, Vladivostokdan Koreya Respublikasına gələn bir neçə turist geri qayıdış
reysinə qədər dar kabinələrdə kilidlənib. Özünü bərədə tapan turistlərdən biri
4-5 gün qapalı qalacaqlarını bildirib. Onun sözlərinə görə, burada yaşayış şəraiti
o qədər də humanist deyil - insanlar tatamidə yatır və gündə cəmi 10 dəqiqə gəzirlər.
“Mən heç bilmirəm nədə
günah tapacaqlar. Amma göndərilənlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır, müsəlmanlar,
həmçinin özbəklər və taciklər də var” deyə o, bildirib.
Töhfə Səməd
tag: Cənubi Koreya,Rusiya,Turist,Bərə,Mühasirə,Vladivostok,Seul,