Cənubi Koreyada növbəti impiçment
Dünya
24.12.2024 12:42
Cənubi Koreyanın əsas müxalifət partiyası ölkənin baş naziri və prezident səlahiyyətlərini icra edən Han Duk Suya impiçment elan etmək istəyir.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunub ki, Respublikada növbəti impiçmentin başlanmasına səbəb Hanın kabinet iclasında gərgin vəziyyətdə olan prezident Yun Sok-Yola qarşı qiyam ittihamlarını və xanım Kim Yunq-Hi-yə qarşı çoxsaylı ittihamları araşdırmaq məqsədi daşıyan qanun layihələrini dərc etməkdən imtina etməsi olub. Koreya Demokratik Partiyası buna görə Hanı Yunun hərbi vəziyyət tətbiq etmək cəhdinə yardım etməkdə ittiham edib.
Öz növbəsində Han, Yunun hərbi vəziyyət elanını əngəlləməyə çalışdığını və bunun üçün üzr istədiyini bildirib.
Xatırladaq ki, dekabrın 14-də Koreya Respublikası Milli Assambleyasının üzvləri 204 səslə dövlət başçısının impiçmentini dəstəkləyiblər.
Günəş Mərd
tag: Cənubi Koreya, Partiya ,Demokratik, İmpiçment, todaypress.az,