Cənubi Koreyada meşə yanğınlarında ölənlərin sayı artdı
Cənubi
Koreyada tüğyan edən meşə yanğınlarının miqyası ötən günlə müqayisədə iki dəfə
artıb.
TodayPress xəbər verir ki, hakimiyyət orqanları ən azı 27 nəfərin ölümünə
səbəb olan yanğınları ölkənin ən dəhşətli təbii fəlakəti adlandırıb.
Yanğın tarixi
məbədləri məhv edib. Təhlükəsizlik Nazirliyi üç bölgədə yanğınların
söndürülməsi üçün 120-dən çox helikopterin cəlb etdiyini bildirib.
Cənubi Koreya
dağlıq ərazisi olduğu üçün meşə yanğınları ilə mübarizə məqsədilə
helikopterlərdən istifadə edir. Çərşənbə günü yanğını söndürərkən qəzaya
uğrayan helikopterin pilotu həlak olub.
tag: Yanğın, Öıüm,Cənubi Koreya, Fəlakət,todaypress.az,