Cənubi Koreyada hərbi vəziyyət elan edildi
Dünya
03.12.2024 18:55
Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib.
TodayPress xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, hərbi vəziyyət Şimali Koreyanın dövlətdaxili işlərə müdaxiləsinin qarşısını almaq və konstitusiya hüququ bərpa etmək üçün tətbiq olunub.
Həmçinin qeyd olunub ki, respublikanın Müdafiə Nazirliyi əsas komandirlərin müşavirəsini keçirməyi tapşırıb və sayıqlığın artırılmasına çağırıb.
tag: Cənubi Koreya, Şimali Koreya,Nüvə,Hərbi vəziyyət,todaypress.az,