Cənubi Koreyada 10 zabitə ölkəni tərk etmək qadağan edildi
Dünya
06.12.2024 13:51
Cənubi Koreyanın hərbi prokurorluğu hərbi vəziyyətin tətbiqi cəhdi ilə əlaqədar 10 zabitə ölkəni tərk etməyi qadağan edib.
TodayPress-in məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən Yonhap agentliyi məlumat yayıb.
"Hərbi prokurorluq Ədliyyə Nazirliyindən hərbi vəziyyətin tətbiqi cəhdi ilə əlaqədar qiyam hazırlamaqda ittiham olunan və ya bunda əli olan şəxslər üçün təcili olaraq ölkədən çıxış qadağası tətbiq etməyi xahiş edib" agentlik bildirib.
Qeyd edək ki, Koreya Prezidenti Yun Sok Yol dekabrın 3-ü axşam hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. Bir neçə saat sonra parlament onun ləğvinə səs verib. Daha sonra ölkə lideri öz qərarını ləğv edəcəyinə söz verdikdən sonra Nazirlər Kabineti onu dəstəkləyib. Bütün bu hadisələr altı saatdan az müddətdə baş verib.
Müxalifət dekabrın 4-də Prezidentin impiçment proseduruna başlayıb, daha sonra dövlət başçısına qarşı araşdırma başlanıb.
tag: Koreya, Hərbi ,Cəhd, Zabit ,Ölkə ,todaypress.az,