Cənubi Koreya yenidən zibil balonlarına tuş gəldi
Koreya Xalq Demokratik Respublikası yenidən zibillə dolu hava şarlarını Cənubi Koreyaya doğru atıb.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bu, mayın sonundan baş verən 25-ci belə hadisədir.
Ümumilikdə bu müddət ərzində KXDR ərazisindən 5 mindən çox hava şarı buraxılıb.
Günəş Mərd
tag: Cənubi Koreya, Şimali Koreya,Zibil balonu,Ərazi,Todaypress.az,