Cənubi Koreya və Hindistan birgə təlimlər keçirdi
Dünya
24.07.2024 09:35
Cənubi Koreya və Hindistan Avstraliyada birgə hava təlimləri keçiriblər.
TodayPress xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Cənubi Koreyanın "F-15K" döyüş təyyarələri və Hindistanın "Su-30MKI" qırıcılarının iştirak etdiyi manevrlər, iki il davam edən "Pitch Black" təlimi çərçivəsində baş tutub və Avstraliyanın şimalındakı Darvin aviabazasında reallaşdırılıb.
Məlumata görə, bu təlimlər pilotların müxtəlif ölkələrin döyüş təyyarələrinin xüsusiyyətlərini və taktikasını daha yaxşı mənimsəməsi üçün təşkil edilib.
Qeyd edək ki, 20 ölkə və 140-dan çox təyyarənin iştirak etdiyi "Pitch Black" təlimi iyulun 12-də başlayıb və avqustun sonuna qədər davam edəcək. Cənubi Koreya təlimə altı "F-15K" qırıcısı və 100-ə yaxın hərbçi göndərib.
Günəş Mərd
tag: Cənubi Koreya, Hindistan, F-15K, Pilot, Pitch Black, todaypress.az,