Cənubi Koreya və ABŞ Şimali Koreyanın raket buraxılışını pisləyir
Dünya
06.01.2025 11:38
Cənubi Koreyanın xarici işlər naziri Ço Te Yol və ABŞ dövlət katibi Antoni Blinken Şimali Koreyanın (KXDR) raket buraxılışını pisləyiblər.
TodayPress xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəhbəri Seulda danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
"Biz bu gün Şimali Koreyanın ballistik raketinin buraxılışını pisləyirik" deyə Ço Te Yol bildirib.
Nazir qeyd edib ki, o, Blinkenlə KXDR-in nüvə proqramı və Moskva ilə Pxenyan arasında əməkdaşlıq, eləcə də BMT-nin KXDR-ə qarşı sanksiyalarına əməl olunması məsələlərini müzakirə edib.
Orta mənzilli ballistik raketin buraxılması yerli vaxtla günorta radələrində (Bakı vaxtı ilə 07:00) Pxenyan ərazisindən Yapon dənizinə doğru həyata keçirilib. Raket təxminən 1100 km məsafə qət edib. Bundan əvvəl isə Şimali Koreya noyabrın 5-də raket atmışdı.
Töhfə Səməd
tag: BMT, Yapon ,Raket, Pxenyan ,todaypress.az,