Cənubi Koreya və ABŞ hərbi təlimlər keçirəcək
Dünya
19.08.2024 09:14
Bu gün Cənubi Koreya və ABŞ "Ulchi Freedom Shield" adlı (UFS) illik birgə hərbi təlimlərinə start veriləcək.
TodayPress xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
Bildirilib ki, "UFS" manevrlər avqustun 19-dan 29-dək davam edəcək. Təlimin proqramına kompüter modelləşdirməsi və mülki müdafiə bacarıqlarının praktiki tətbiqi əsasında əsgərlərin hazırlanması daxildir.
Təlimlər quru, dəniz, hava, kiber və kosmos da daxil olmaqla müxtəlif vasitələrdən istifadə etməklə tammiqyaslı müharibə ssenarilərinə əsaslanır.
Təşkilatçıların sözlərinə görə, bu cür təlimlər Cənubi Koreya və ABŞ-nin istənilən təxribatlara cavab vermək və nüvə silahından müdafiə etmək qabiliyyətini və hazırlığını daha da gücləndirəcək.
Günəş Mərd
tag: ABŞ, Cənubi Koreya, Təxribat, Nüvə, Silah, todaypress.az,