Cənubi Koreya və ABŞ hərbi təlimlər keçirəcək

Dünya

12.08.2024 10:30

1712

Cənubi Koreya və ABŞ avqustun 19-da illik “Ulchi Freedom Shield” (UFS) hərbi təlimlərinə başlayacaq.

TodayPress xəbər verir ki, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb. 

“Avqustun 29-dək davam edəcək təlimlər Şimali Koreyanın artan raket imkanları, kiberhücumlar və son hərbi münaqişələrlə bağlı məsələləri əks etdirəcək” deyə komitə əlavə edib. 

Təlimdə həmçinin BMT Komandanlığına üzv ölkələrin hərbi qulluqçuları iştirak edəcək və bitərəf dövlətlərin nəzarət komitəsinin nümayəndələri manevrləri müşahidə edəcəklər.

Töhfə Səməd

tag: Cənubi Koreya, ABŞ, Şimali Koreya, BMT, Münaqişə, todaypress.az,