Cənubi Koreya və ABŞ hərbi təlimlər keçirdi

Dünya

29.08.2024 09:41

Cənubi Koreya və ABŞ Seulun 32 kilometrliyində yerləşən ixtisaslaşmış təlim mərkəzində xüsusi təyinatlıların birgə təlimlərini keçirib.

TodayPress xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb. 

Xüsusi təyinatlıların təlimində Cənubi Koreya Ordusu Xüsusi Əməliyyatlar Komandanlığı, Hərbi Hava Qüvvələrinin Döyüş Nəzarət Qrupu və ABŞ-nin 2-ci Ordu Aviasiya Briqadasının nümayəndələri iştirak edib. 

Hərbi heyətin daşınması üçün “UH-60” və “CH-47” helikopterlərindən də istifadə edilib. 

Manevrlərdə iştirak edənlər ərazini ələ keçirmək və saxlamaq, obyektə basqın etmək və düşməni məhv etmək hərəkətlərini məşq ediblər. 

Agentlik qeyd edir ki, təlim quruda kəşfiyyat imkanlarını və ümumi döyüş hazırlığını artırmaq üçün nəzərdə tutulub. 

Günəş Mərd

tag: Cənubi Koreya, UH-60, CH-47,Hərbi Heyət ,ABŞ, todaypress.az,