Cənubi Koreya Ukraynaya 100 milyon dollarlıq kredit ayırdı
Dünya
03.10.2024 00:44
Koreya Respublikasının İxrac-İdxal Bankı
Ukraynaya illik 1% faiz dərəcəsi ilə 20 il müddətinə 100 milyon ABŞ dolları
məbləğində kredit ayırıb.
TodaPress Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu
barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
“Maliyyə naziri Sergey Marçenko Koreyanın İxrac-İdxal
Bankı ilə 100 milyon dollar cəlb edilməsi üzrə kredit müqaviləsi imzalayıb.
Kredit 20 il müddətinə cəlb olunur, faiz dərəcəsi illik 1% təşkil edir. Güzəşt
müddəti kredit müqaviləsinin imzalandığı tarixdən 5 ildir” məlumatda deyilir.
Daha əvvəl Koreya Respublikasının xarici işlər naziri Ço
Tae Yol BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi siyasi müzakirələrində
çıxış edərkən ilin əvvəlindən Ukraynaya 200 milyon dollar məbləğində humanitar
yardım ayrıldığını açıqlamışdı. O, həmçinin humanitar böhranların həlli üçün
100 milyon dollar ayrılmasının planlaşdırıldığını da bildirmişdi.
tag: Ukrayna, ABŞ, Koreya, İdxal, İxrac, todaypress.az,