Cənubi Koreya “Telegram”a cinayət işi açdı

Dünya

02.09.2024 11:51

Cənubi Koreya polisi “Telegram” messencerinə qarşı cinayət işi açıb. 

TodayPress xəbər veri ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

İstintaqın platformada dərc olunan bəzi saxta məzmunlarla bağlı olduğu qeyd edilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd edirlər ki, messencer hesab məlumatları kimi lazımi məlumatları təqdim etmədiyi üçün araşdırmada müəyyən çətinliklər var. 

Xatırladaq ki, “Telegram”ın yaradıcısı Pavel Durov hazırda Fransada məhkəmə nəzarəti altındadır. 

 Günəş Mərd

tag: Cənubi Koreya, Polis ,Telegram, İstintaq ,Pavel Durov ,todaypress.az,