Cənubi Koreya sərhəddə təlim keçirdi
Cənubi Koreya Şimali Koreya ilə sərhəd yaxınlığında təlim-məşq atışları həyata keçirib.
TodayPress xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata əsasən, təlimlər Seuldan təxminən 30 km şimal-qərbdə İmjin ərazisində baş tutub.
Təlim zamanı "K9A1" və "K55A1" özüyeriyən haubitsadan istifadə edilib.
Türkan İsgəndərli
tag: Cənubi Koreya,Təlim,Sərhəd,Ordu,Todaypress.az,