Cənubi Koreya Rusiyaya qarşı sanksiyalar tətbiq etdi
Dünya
17.12.2024 09:24
Cənubi Koreya Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlıqla bağlı 11 fiziki şəxs və 15 quruma birtərəfli qaydada sanksiya tətbiq edib.
TodayPress xəbər verir ki, bu barədə "Yonhap" agentliyi ölkənin Xarici İşlər Nazirliyinə istinadən yazıb.
Bir neçə iş adamı və onların şirkətləri sanksiyalara məruz qalıb.
Açıqlanan siyahıda yeddi fiziki şəxs və 13 təşkilatın mənsubiyyəti rus kimi göstərilib.
Məhdudiyyətlər dekabrın 19-dan qüvvəyə minəcək.
Günəş Mərd
tag: Rusiya, Cənubi Koreya, Təşkilat, Mənsubiyyət, todaypress.az,