Cənubi Koreya Rusiyaya qarşı düşmən mövqe sərgiləyir - Peskov
Dünya
08.07.2024 20:10
Rusiya hər iki Koreya ilə əlaqələrin
qurulmasını vacib sayır, amma Cənubi Koreya ölkəmizə qarşı düşmən mövqe sərgiləyir.
TodayPress Rusiya mətbuatına
istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri
Peskov bildirib.
“Rəsmi Seul antiRusiya
sanksiyalarına qoşulduğu üçün seçim əsasında yalnız Cənubi Koreya ilə əlaqələrin
qurulması mürəkkəb məsələdir” Peskov qeyd edib.
Xatırladaq ki, bir qədər əvvəl Cənubi Koreyanın prezidenti Mun Çje İn Rusiyanın beynəlxalq münasibətlərdə Şimali və ya Cənubi Koreyaya istiqamətlənən siyasi xətt sərgiləməklə bağlı seçim etməli olduğunu bəyan edib.
tag: Peskov, Rusiya,Cənubi Koreya, Seul, todaypress.az,