Cənubi Koreya prezidentliyə namizədin bəraətini ləğv etdi

Dünya

01.05.2025 11:20

18

Cənubi Koreya Ali Məhkəməsi prezidentliyə namizəd Li Jae-Myunqun bəraətini ləğv edib. 

TodayPress xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilir ki, Li Jae-Myung 2021-ci il seçki kampaniyası zamanı yalan ifadələr verdiyinə görə birinci instansiya məhkəməsi tərəfindən şərti cəzaya məhkum olunub. Lakin Seul Ali Məhkəməsi mart ayında ona bəraət verib. 

Prokurorluq bu qərardan apellyasiya şikayəti verib.

Siyasətçi mediaya verdiyi müsahibədə korrupsiya qalmaqalına qarışan bir tikinti şirkətinin rəhbərini tanımadığını iddia edib.

Bu açıqlama məhkəmə tərəfindən yalan ifadə kimi qiymətləndirilib.

Türkan İsgəndərli

tag: Cənubi Koreya,Prezident,Məhkəmə,Bəraət,