Cənubi Koreya Prezidentinin Təhlükəsizlik İdarəsinin rəisi istefa verdi

Dünya

10.01.2025 15:29

Cənubi Koreya prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Çoi Sanq-mok Prezidentin Təhlükəsizlik Xidmətinin rəhbəri Pak Çunq-cunun istefasını qəbul edib.    

TodayPress xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Park Çunq-cu bu gün dindirilməyə gələcək. O, əvvəllər iki dəfə polisin tələblərinə məhəl qoymayıb. Üçüncü vəsatətə gəlməməsi onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə nəticələnəcək. 

O, keçmiş prezident Yun Sok-Yola qarşı həbs qərarının icrasına mane olmaqda ittiham olunur.

Qeyd edək ki, yanvarın 7-də Cənubi Koreya məhkəməsi yenidən respublika prezidenti Yun Sok Yolun həbsinə order verib. 

Günəş Mərd

tag: Cənubi ,Prezident ,Koreya, İstefa, todaypress.az,