Cənubi Koreya prezidentinin həbsinə dair orderdən verilən şikayət rədd edildi
Dünya
05.01.2025 13:10
Seul Qərb Dairə Məhkəməsi Cənubi Koreya prezidenti Yun Sok-Yolun həbsinə dair orderə qarşı məhkəmə qərarı ilə bağlı vəsatəti rədd edib.
TodayPress xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Qeyd edək ki, dekabrın 31-də məhkəmə fəaliyyəti dayandırılmış Yun Sok Yol haqqında həbs qərarı çıxarıb. Bu, Cənubi Koreya tarixində ilk dəfə bir prezidentə qarşı verilən həbs qərarıdır.
O, hərbi vəziyyətin tətbiqi ilə bağlı üç dəfə dindirilməyə gəlmədiyi üçün müstəntiqlər sənədlə bağlı vəsatət qaldırıblar.
Günəş Mərd
tag: Cənubi Koreya,Həbs,Məhkəmə,Yun Sok Yol,Todaypress.az,