Cənubi Koreya Prezidenti üzr istədi
Dünya
07.12.2024 09:10
Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyət elan etmək qərarına görə xalqdan üzr istəyib.
TodayPress xəbər verir ki, o bu barədə xalqa müraciətində bildirib.
“Hərəkətlərimə görə dərin üzr istəyirəm” deyə o, canlı televiziya müraciətində deyib və təzim edib. Yun Sok Yol həmçinin öz hərəkətlərinə görə məsuliyyət daşıyacağını və cəza olacağı təqdirdə bundan yayınmağa çalışmayacağını vəd edib: “Mən hərbi vəziyyətin elan edilməsi ilə bağlı hərəkətlərimə görə siyasi və hüquqi məsuliyyətdən yayınmağa çalışmayacağam”.
O, həmçinin yenidən hərbi vəziyyət elan etməyəcəyini vurğulayıb. Belə ki, son günlər Cənubi Koreyanın siyasi dairələrində və KİV-də belə bir ehtimal fəal müzakirə olunurdu.
tag: Cənubi Koreya,Prezident,Yun Sok Yol,todaypress.az,