Cənubi Koreya prezidenti sorğu-sualda iştirak etməyəcək

Dünya

16.01.2025 09:21

Koreya Respublikasının prezidenti Yun Sok Yol səhhətinə görə həbsinin ikinci günündə dindirilməyə hazırlaşmır.

TodayPress "Yonhap"a istinadən xəbər verir ki, bu barədə Yun Sok Yolun vəkili Yun Qap Qun bildirib. 

Vəkil vurğulayıb ki, bir gün əvvəl prezident öz mövqeyini hərtərəfli izah edib, ona görə də onu əlavə sorğu-sual etməyə ehtiyac yoxdur.

Xatırladaq ki, yanvarın 15-də dövlət antikorrupsiya agentliyinin müstəntiqləri Yun Sok Yolu həbs ediblər. Onun istintaq orqanı tərəfindən həbsi ölkə tarixində görünməmiş hadisə adlandırılıb. 

Günəş Mərd

tag: Koreya, Prezident, Həbs ,Sorğu, todaypress.az,