Cənubi Koreya prezidenti müxalifəti dağıdıcı canavar adlandırır

Dünya

12.12.2024 16:29

“Müxalifəti Cənubi Koreyada demokratiyaya zərbə vuran dağıdıcı canavar adlandırmaq olar”. 

TodayPress xəbər verir ki, bunu adı çəkilən ölkənin prezidenti Yun Sok Yol bildirib.

“Əksəriyyəti müxalifət partiyasının işğal etdiyi Milli Məclis ölkəmizdə azad demokratiyanın konstitusiya quruluşunu sarsıdan dağıdıcı canavara çevrilib” deyə siyasətçi qeyd edib.

Yun Sok Yolun sözlərinə görə, müxalifət ona impiçment elan etməyə tələsir. Çünki onlar öz liderləri, "Toburo" Demokratik Partiyasının sədri Li Çje Myonqun bir sıra korrupsiya işlərində mühakimə olunmasından yayınmağa, eləcə də partiyanın lideri üçün növbədənkənar seçkilər keçirməyə çalışır.  

Bundan əvvəl Yun Sok Yol impiçment elan edilib-edilməməsindən asılı olmayaraq sona qədər mübarizə aparacağını bildirib. O, həmçinin vurğulayıb ki, ölkədə hərbi vəziyyət tətbiq etmək qərarını üsyan hesab etmək olmaz, çünki o, ölkəni qorumağa çalışır. Siyasətçi əlavə edib ki, müxalifət impiçmentlərdən sui-istifadə edir.

Töhfə Səməd

tag: Demokratik, Koreya ,Prezident, Müxalifət, todaypress.az,