Cənubi Koreya prezidenti ilə bağlı təhqiqat başa çatdı
Dünya
23.01.2025 11:56
Cənubi Koreyanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ölkə prezidenti Yun Sok Yol haqqında araşdırmanı başa çatdırıb və prokurorlardan onu qiyamda ittiham etməyi tapşırıb.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
“Biz qərara gəldik ki, ona qarşı ittiham irəli sürülməsi barədə qərar verməli olan prokurorluq indiyədək toplanmış materialları hərtərəfli araşdırıb, lazım gələrsə, bu işdə həqiqətin üzə çıxarılması üçün əlavə araşdırmalar aparsa, daha səmərəli olar” deyə prokurorluqdan bildirilib.
Qeyd olunur ki, siyasətçi hərbi vəziyyətin tətbiqində onun rolu ilə bağlı istintaq qrupunun suallarını cavablandırmaqdan yayınıb və vəziyyətin tətbiqi onun konstitusiya səlahiyyətlərinə aid olduğundan istintaqın əsaslılığını şübhə altına alıb.
Töhfə Səməd
tag: Cənubi Koreya,Korrupsiya,Prezident,Yun Sok Yol,todaypress.az,