Cənubi Koreya Prezidenti həbs olundu

Dünya

15.01.2025 09:18

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə həbs ediblər.

TodayPress xəbər verir ki, bu barədə ölkənin “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, dövlət başçısının olduğu güman edilən avtomobillərdən birinin daxil olduğu karvan iqamətgah ərazisini tərk edərək Yüksək Vəzifəli Şəxslərin Korrupsiyasının Araşdırılması İdarəsinə (CIO) doğru hərəkət edir.

tag: Cənubi Koreya,Həbs,Lider,Yun Sok Yol,Todaypress.az,