Cənubi Koreya prezidenti həbs olunacaq

Dünya

31.12.2024 09:02

Cənubi Koreya məhkəməsi dekabrın 14-də parlamentdə impiçment nəticəsində səlahiyyətləri dayandırılmış ölkə Prezidenti Yun Sok Yol barəsində həbs və axtarış qərarı verib.

TodayPress xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yüksək Vəzifəli Məmurlarla bağlı Antikorrupsiya Təhqiqatları İdarəsi məlumat yayıb.

“İdarə təsdiq edir ki, həbs və axtarış qərarı dekabr ayının 31-də çıxarılıb və bu barədə ərizə İdarə tərəfindən Yun Sok Yol haqqında verilib” deyə qurumdan bildirilib.

tag: Cənubi Koreya,Prezident,Yun Sok Yol,todaypress.az,